SSRİ və Rusiya təhlükəsizlik orqanlarının peşəkar
zabitlərindən olmuş general Oleq Kaluqinin prezident Vladimir Putin
haqqında bir neçə il bundan əvvəl dediyi fikirlər yenidən aktuallıq
qazanıb.
Axar.az xəbər verir ki, tədbirlərin birində çıxış edən Kaluqin
Rusiya dövlət başçısının kimliyinə və insani xüsusiyyətlərinə
aydınlıq gətirib.
Qeyd edək ki, keçmiş çekist ardıcıllıqla bəzi məqamlara aydınlıq
gətirib:
"Almaniyadan döndükdən sonra Putin bir müddət Leninqradda taksi
sürücüsü işləyib. Sonra tarixin hökmü onunla Anatoli Sobçakın
yollarını birləşdirib. Leninqrad rəhbərliyində təmsil olunmaqla o
bir neçə uğura imza atıb. Şəhərin ərzaq təminatında yetərli
addımlar atıb. O vaxt dövlət başçısı olan Boris Yeltsinin ailəsi
korrupsiya içərisində boğulurdu. O dönəmin Baş prokuroru Yeltsin
ailəsinin əməllərini ifşa etmək üçün hətta cinayət işinin
açılmasından çəkinmirdi. Bu məqamdam qıcıqlanan Yeltsin o vaxtkı
baş nazirlərə - Primakova, daha sonra isə, Stepaşina həmin prokuror
barəsində müəyyən ölçünün götürülməsini tələb etsə də, hər dəfə
hökumət başçıları bunu mümkünsüz sayırdılar. Günlərin birində ona
bu işin öhdəsindən yalnız gənc Putinin gələcəyini bildirmişdilər və
Sobçak həvəslə onu Yeltsinə təqdim etmişdi. Təssəvür edin, Moskvaya
gələrək iş başına keçən Putin cəmi bir həftə ərzində həmin
prokurorun özünü və karyerasını bitirdi.
Necə etdi?
İzah edirəm - Moskva ətrafındakı hamamların birində onun bir
neçə qızla əyləndiyi kaseti hazırlandı. Təbii ki, bu, Putinin
"xidməti" və əməli idi. Həmin görüntülər mərkəzi kanallarda nümyiş
olundu və bir müddət sonra "belə prokurorun" rəhbərlik etməsi üçün
mənəvi haqqının olmaması damğası ilə onu işdən azad edib, barəsində
cinyət işi açdılar. Bu, Putinin Yeltsinə ilk xidmətləindən
idi".
General Kaluqin Putinin bəzi mənfi keyfiyyətlərindən də bəhs
edib:
"Yadımdadır, bu cür davranışlarla Putin Kreml mərtəbələrini
sürətlə qalxmağa başladı. Çeçenistan məsələsində həddindən artıq
qəddar davranışı ona – "Kreml Çikatiosu" ləqəbinin verilməsinə əsas
yaratdı. İnsanları öldürtməkdən həzz alardı. Başqa bir məqam -
tele-jurnalist Artyom Boroviki hamı tanıyırdı. Onun ölümü də
müəmmalı oldu. Çoxları xatırlayır - müəllif verilişinin ilk sayını
Yeltsinin işdən çıxatdığı Baş prokurora həsr etmişdi. Verilişin
sonunda Borovik elan etdi ki, bu məsələ ilə əlaqədar buraxılışın
növbəti sayı Putinə həsr olunacaq. Əslində Borovik bununla da öz
"kitabını" bağlatdırdı. O, bir neçə gün keçmiş olduqca müəmmalı
şəkildə təyyarə qəzasında dünyasını dəyişdi. Baxın, Putinlə bağlı
açılmamış kifayət sayda sirlər hələ də qalmaqdadır.
Xatırladaq ki, 1934-cü ildə Leninqradda doğulan KQB generalı
Oleq Kaluqin mühacir həyatı yaşamalı olub. Başda Vladimir Putin
olmaqla təhlükəsizlik əməkdaşları onu vətən xaini adlandırmış,
2002-ci ildə isə aldığı bütün mükafatlardan məhrum edilmişdi.