ABŞ Somadakı faciədən sonra yetim qalan uşaqlar üçün
başlanan yardım kampanyasına indiyəcən 130 min dollar məbləğində
yardım edib.
Axar.az xəbər verir ki, Manisanın Soma qəsəbəsində keçən ay baş
verən faciədə həyatını itirən 301 işçinin ailəsinə yardım əli
uzatmaq üçün "Bridge to Türkiyə" təşkilatı tərəfindən təhsil
fonduna yardımlar davam edir. "Bridge to Türkiyə" 432 mədənçi
uşağının təhsillərini davam etdirə bilməsi üçün indiyə qədər 130
min dollar yardım etdiyini bildirib.
Türkiədə "Çağdaş Yardımı Dəstəkləmə" dərnəyi ilə birlikdə
hərəkət edən "Bridge to Türkiyə" 5 il öncə də Bursadakı mədən
qəzasından sonra 22 uşaq üçün yardım kampaniyası təşkil etmişdi.
Bursadakı uşaqlar üçün hələ də təqaüd təşkil edən quruluş Somadakı
uşaqların təhsillərini davam etdirə bilməsi üçün Türkiyə və ABŞ
cəmiyyətlərinə müraciət edib.