Yuxarı

Putindən generala təbrik və iş birliyi teleqramı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Misir prezidentliyinə and içərək işə başlayan general Əbdülfəttah Sisini təbrik edib.

Axar.az xəbər verir ki, andiçmə mərasiminə Rusiya Dövlət Dumasının alt qatının sədri Sergey Narışkin qatılıb.

Qeyd edək ki, Sisiyə təbrik teleqramı göndərən Putin onu iş birliyinə dəvət edib. Bundan başqa, Putin ən qısa zamanda Sisini Rusiyada görmək istədiyini vurğulayıb.

Rus lider məktubunda Misir ilə Rusiyanın hərtərəfli əlaqələrinin inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb: "Seçimin nəticələrinə uyğun olaraq Misir xalqı öz liderini seçdi. Buna görə sizi təbrik edirəm. Yekdilliklə Misir xalqının iradəsi, iqtisadi yüksəlişə "hə" deməsi sizin göstərdiyiniz tədbirlərin nəticəsidir. Rusiya ilə Misir arasında zəngin tarixi əlaqələr olub. Bu əlaqələr gələcəkdə daha da inkişaf edəcək".

Putin məktubunda Misirin xarici siyasətinin gələcəkdə uğurla davam edəcəyini vurğulayıb: "Misir beynəlxalq arenada daha da möhkəmlənəcək və ərəb dünyasında liderlik mövqeyini daha da gücləndirəcək. Rusiya beynəlxalq arenada Misiri bütün məsələlərdə tam dəstəkləyir".

Xatırladaq ki, Misirdə 3 iyul 2013-cü ildə hərbi çevriliş nəticəsində Məhəmməd Mursi hakimiyyəti devrilmişdi. Keçirilən prezident seçkilərində keçmiş Müdafiə naziri Əbdülfəttah Sisi 96,9% səslə Misir prezidenti seçilib.

Tarix
2014.06.09 / 18:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla