Yuxarı

Yanukoviç Ukraynanın bütün sirlərini Rusiyaya verib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanukoviç Ukraynanın bütün sirlərini Rusiyaya verib

Ukraynanın 4-cü prezidenti Viktor Yanukoviç və Ukrayna Təhlükəsizlik Xidmətinin, Müdafiə Nazirliyinin keçmiş əməkdaşları Rusiyaya gizli məlumatlar ötürüblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Qeraşenko 5-ci kanala verdiyi açıqlamasında deyib.

"Bizim iki keçmiş nazirimiz hazırda Rusiyadadır. Onlar bütün gizli məlumatları satıblar. Daha sonra Ukrayna Təhlükəsizlik Xidmətinin iki keçmiş rəisi və xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Qriqoriy İlyaşov da Rusiyadadır. Hələ üstəlik, keçmiş prezident Viktor Yanukoviç də oradadır. Rusiya Ukrayna ordusunun bütün maddi və mənəvi vəziyyətini bütünlüklə öyrənib", - deyə Qeraşenko bildirib.

Nazir müşavirinin sözlərinə görə, Ukrayna belə bir münaqişəyə hazır deyildi: "Bu, hibrid müharibəsidir. Rusiya öz qoşunlarını yeritmir, amma Yanukoviç ailəsi və digər rus fondları tərəfindən maliyyələşdirilən dəstələrini, muzdlularını Ukraynaya döyüşməyə göndərir".

Tarix
2014.06.11 / 17:47
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla