Yuxarı

Rusiya strateji bombardmançılarını NATO sərhədinə göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya strateji bombardmançılarını NATO sərhədinə göndərdi

Rusiya iyunun 11-də özünün strateji bombardmançılarını Kalininqrad vilayətinə göndərib.

Axar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bombardmançıların Rusiya sərhədlərini və Baltik dənizi akvatoriyasında dəniz kommunikasiyalarını qorumaq üçün keçirilən hərbi təlimlərdə iştirak edəcəyi bildirilib.

"Su-27 qırıcıları, Su-34 qırıcı-bombardmançıları və Su-24MP kəşfiyyat təyyarələri təlim rayonunda uzaq radiolokasiyanı təyin edən A-50 təyyarələri ilə gücləndirilib. Hava patrulunun yerinə yetirilməsi üçün rayonda Tu-22M3 bombardmançıları da yerləşdirilib" – deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Rusiya ordusunun Kalininqraddakı hərbi təlimləri NATO-nun Baltikyanı dövlətlərin ərazisində keçirdiyi Saber Stike-2014 və "Baltops-2014" təlimləri ilə eyni vaxtda başlayıb.

Tarix
2014.06.12 / 12:20
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla