Yuxarı

Almaniya 1 milyon alimini itirəcək - Araşdırma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi statistik məlumatlara görə, Avropada insanlar sürətlə qocalmağa doğru gedir.

Axar.az xəbər verir ki, "Blumberq" saytı maraqlı araşdırma aparıb. Araşdırmaya əsasən, Avropanın ən yaşlılarının yaşadığı ölkə kimi Almaniya göstərilib. Rəsmi məlumatlara görə, Almaniya hazırda miqrant ehtiyacına görə də dünyada öncül sıradadır. Rəsmilər isə sıradan bir mühacirin deyil, intellektual şəxsin Almaniyada yerinin olduğunu açıqlayırlar.

Almanlar gələnlərə qulaq açır

İqtisadi tədqiqatlara əsasən, proseslər belə davam edərsə, 10 ildən sonra Almaniya 1 milyondn artıq elm adamını itirəcək. Onların sırasında daha çox mühəndislər, riyaziyyatçılar, İKT mütəxəssisləri olacaq. Ekspertlər həmçinin ölkədə kiçik və orta sahibkarlığın da sıradan çıxma təhlükəsinin olmasını qeyd edirlər.

Ötən ay Avropa Birliyi ölkələri arasında baş tutan səsvermə prosesi bir daha göstərdi ki, almanlar başqa millətlərin ölkələrində yaşamasına açıqdırlar. Amma bundan öncəki illərdə belə bir nəticə heç vaxt qeydə alınmayıb.

31 milyard təhlükəsi

Təhsil ekspertləri isə başqa bir nəticəyə gəliblər. Onların fikrincə, hazırda güzəştli təhsil şəraiti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrin vətəndaşlarına yaradılır. Amma bunlara baxmayaraq, yenə də Almaniya vətəndaşlıq üçün müraciət edənlərə yaratdığı şəraitə görə ABŞ, Kanada və Avstraliyadan geri qalır. Hazırda Almaniyada 38 min xarici tələbə təhsil alır ki, onlardan da 1100-ü Çin vətəndaşıdır.

Ölkədə yerli intellektlərin az olması ölkənin 52 faizini təşkil edən kiçik və orta sahibkarlığın aradan çıxmasına gətirib çıxara bilər. Rəsmi statistikaya görə, Almaniyada bu problemin mövcudluğu ölkənin hər il 31 milyard avro itirməsinə səbəb olur.

700 min alman ölkəni tərk edib

"Blumberq"in apardığı araşdırma maraqlı statistik göstəriciləri ortaya qoyur. Statistikaya görə, Almaniyada əhalinin təxminən 35 faizinin yaşı 65-dən yuxarı, təxminən 12 faizinin isə 15-dən aşağıdır. Ötən ilin statistikasına görə, Almaniyada 674 min insan doğulub, 369 min adam isə immiqrant kimi bu ölkəyə köçüb. Ötən il üzrə ölüm statistikası isə doğumdan daha çoxdur, təxminən 870 min adam dünyasını dəyişib.

2010-ci ildən etibarən ölkəni tərk edənlərin sayında da artım müşahidə edilir. Son 3 ildə 700 mindən artıq adam bu ölkəni tərk edib.

Avropada immiqrantların sayı, təhsilin keyfiyyəti ilə bağlı da maraqlı rəqəmlər ortaya qoyulub. Statistikaya görə, 2012-ci ildə Almaniyada təhsil alan xarici tələbələrin 29 min 883 nəfəri çinli, 10 min 401 nəfəri Rus, 7 min 887 nəfəri avstriyalı, 7 min 26 nəfəri bolqar, 6 min 972 nəfəri polyak, 6 min 584 nəfəri türkiyəli, 6 min 200 nəfər ukraynalı və nəhayət 5 min 745 nəfəri hindistanlı olub. Növbəti il isə bu rəqəmlərdə azalmalar nəzərə çarpıb.

Xaricdə təhsil alan tələbələrin 18 faizi ABŞ-da, 11%-i Böyük Britaniyada, 7 faizi Fransada, 6 faizi Avstraliyada, 5 faizi Almaniyada, 4 faiz Rusiya və Yaponiyada, 3 faizi isə Kanadada təhsil alır.

Tarix
2014.06.12 / 11:52
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla