Yuxarı

“Bu, Türkiyənin məhvi deməkdir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İraqda baş verən hadisələrdə ən gözlənilməz ssenarini nəzərdən keçirmək lazımdır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. O, Ankaranın İraq Kürdüstanını nəzarət altında saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyini bildirib:

"Bu, bütün Yaxın Şərqdə rezonansa çevriləcək. Suriyadan sonra İraqın şimalında islamçılar ikinci cəbhə açırlar. Burada isə Türkiyənin iştirakı daha çox inandırıcıdır. Son seçkilərdə Ərdoğanın partiyası kürdlərdən 43% səs topladı. Bəs İraq Kürdüstanında baş verən hadisələrə Ankara müdaxilə edəcəkmi?

Ərdoğanın həmçinin İran Kürdüstanındakı müstəqilliklə bağlı referenduma gizli dəstək verəcəyi də güman olunur. Ankara bütün imkanlardan istifadə edəcək ki, İraq Kürdüstanını nəzarət altında saxlasın. Çünki Suriyadan sonra növbəti hədəf Türkiyənin cənub-şərqinin olması nəzərdə tutulur. Bu isə ölkənin məhvi deməkdir. İraqda hazırda kürdlərlə radikal islamçılar arasında müharibə məhz türkmanların yaşadığı bölgəyə nəzarət üzərindədir. Əslində, hər iki tərəf nefti tələb edir. Kürdlər bu əraziləri çətin ki, əllərindən versinlər. Qərb isə burada çıxılmaz vəziyyətdə qalıb. Çünki illərdir ABŞ üç xalq arasında neftə nəzarət imkanlarını bölə bilmir. İkinci cəbhənin açılması isə ABŞ-ın maraqlarına ağır zərbə oldu".

Tarix
2014.06.13 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla