Yuxarı

BMT Baş katibi ad gününü kokainlə qeyd etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-in Baş katibi Pan Ki Mun 70 illik yubileyini Boliviyada şəxsən onun üçün kokain yarpaqlarından hazırlanmış tort ilə qeyd edib.

Axar.az məlumat verir ki, Pan Ki Mun Boliviyaya 34 ölkə başçısının iştirak edəcəyi "Qrup 77" (G77) sammitinin açılış mərasiminə səfəri ad günü ilə eyni vaxta təsadüf edib.

Öz ad günündə Pan Ki Mun Boliviya prezidenti Evo Maraleslə birlikdə Santa Kruz yaxınlığında yerləşən El-Tornoda ictimai obyektlərin açılış mərasimində iştirak edib. Bundan sonra bütün iştirakçılar onu ad günü münasibəti ilə təbrik edərkən yerli hökumət kokain yarpaqlarından hazırlanmış və üzərində 70 şam olan tort təqdim edib. Daha sonra isə uşaq xoru Baş katib üçün üç - ispan, ingilis və hind dilində "Happy Birthday"(Ad günün mübarək) mahnısını oxuyub.

Boliviya Prezidenti qeyd edib ki, kokain yarpağının istehsalçıları nə narkomafiya deyil, nə də narkoman və yarpağın özü də kokain deyil.

Tarix
2014.06.14 / 13:26
Müəllif
Aygün Qarayeva
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla