Yuxarı

Ukraynadan çağırış: "Rusiyanı hiddətləndirməyin"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ölkənin XİN-yi baş verənlərdən narahat olaraq, ölkə vətəndaşlarına Rusiya ilə mövcud ziddiyyətləri dərinləşdirməməyi xahiş edib.

Ukrayna xarici işlər naziri Andriy Deşşitsa Kiyevdə Rusiya səfirliyi yaxınlığında etiraz edənlərdən vəziyyəti şiddətləndirməməyi xahiş edib, hərçənd toplaşanların qəzəbini yaxşı anladığını qeyd edib.

Deşşitsa hadisə yerinə səfirlik binası yanında ilk alov şölələri zahir olanda gəlib – səfirlik avtomobillərindən biri yandırılmışdı. Binanın yanına yanğınsöndürən briqadaları və təcili yardım maşınları da gəlmişdi.

BBC müxbiri Temur Kiquradzenin sözlərinə görə, jurnalistlərlə həvəssiz ünsiyyət saxlayıb, əvəzində 20 dəqiqə ərzində etirazçıların suallarına cavab verib.

Etiraz aksiya iştirakçıları ukraynalılara qarşı müharibə edən bir ölkə səfirliyinin Ukrayna ərazisində öz işini necə davam etdirdiyini anlaya bilmədiklərini bəyan ediblər. Onlar Rusiya diplomatik missiyasının bağlanmasını tələb ediblər.

XİN rəhbəri separatçıların İl-76 hərbi-nəqliyyat təyyarəsi vurulan Luhansk vilayətində baş vemiş insidentə Kiyev tərəfindən adekvat reaksiya veriləcəyini vəd edib. Fəlakət nəticəsində 49 nəfər həlak olub.

O, səfirliyin hücuma məruz qalması ilə başlı bazar günü Rusiya tərəfindən, şübhəsiz, etiraz notası təqdim ediləcəyini və Kiyevin hadisələrin bu kimi inkişafına hazır olduğunu bildirib. O, eləcə də etiraz edənlərdən situasiyanı çıxmaza sala biləcək heç bir şey etməməyi xahiş edib.

Molotov kokteyli

Deşşitsa getdikdən sonra binanın istiqamətində ilk Molotov kokteyli atılıb. Yanğınsöndürənlər onu hasar üzərindən söndürüblər.

BBC müxbiri Temur Kiquradzenin sözlərinə görə, etirazçıların daha qəti hərəkətlərə keçməyə hazır olub-olmadığı hələ məlum deyil. O, aksiya iştirakçılarının olduqca qətiyyətli olduğunu bildirib. Onlar deyirlər ki, separatçıların Luhanskda vurduğu təyyarənin qəzası nəticəsində Ukrayna əsgərlərinin ölümü səbir kasasını dolduran son damla olub.

"Biz ölkəmizin ərazisində Rusiyanın hərəkətlərinə öz münasibətimizi bildirməyə gəlmişik. Münaqişənin siyasi tənzimlənmə tədbirləri mənasız olub", - BBC-yə Roman adlı bir etirazçı deyib.

Müxbirin məlumatına görə, gecə vaxtına baxmayaraq toplaşanların sayı azalmır. Əksinə, daha çox adam gəlir. Hazırda onların sayı 1000 nəfərə yaxınlaşır.

Səfirlik binası yanında Qırmızı Xaç könüllüləri növbə çəkir. Binanın əks tərəfində Ukrayna xüsusi təyinatlı qüvvələrin iki avtobusu görünür, lakin onlar vəziyyətə qarışmırlar.

Dövlət Departamenti pisləyir

ABŞ hökuməti Kiyevdə Rusiya səfirliyinə hücumu pisləyən kəskin bəyanatla çıxış edib. Vaşinqton Ukrayna rəhbərliyindən diplomatik missiyanın təhlükəsizliyini təmin etməyi tələb edib.

"ABŞ Kiyevdə Rusiya Federasiyası səfirliyinə hücumu pisləyir və Ukrayna hakimiyyətini Vyana Konvensiyası üzrə öz öhdəliklərini yerinə yetirməyə və zəruri təhlükəsizlik tədbirləri təmin etməyə çağırır", - Dövlət Departamentinin nümayəndəsi Jen Psaki-nin bəyanatında deyilir.

Etirazçılar Rusiya bayraqını qoparıb, diplomatik avtomobilləri çevirib və binaya yumurtalar atıb və daşlayıb.

Şinlər hazır vəziyyətdə

Rusiya səfirliyi önündə aksiya Ukrayna vaxtı ilə axşam saat 5 radələrində başlayıb.

Əvvəlcə aksiyada 300 nəfərə yaxın adam iştirak etdiyi bildirilib, lakin onların sayı artmaqda davam edir.

Toplaşanlar Rusiya tanklarının Ukrayna ərazisinə müdaxiləsinə qarşı etiraz edir və Luhansk bölgəsində İl-76 hərbi-nəqliyyat təyyarəsinin vurulmasından hiddətlənir.

Fəallardan biri Vladimir Tişşenko deyib ki, səfirliyin girəcəyi önündə aksiya iştirakçıları avtomobil şinlərini düzüb və benzin doldurulmuş butulkalar yığıblar.

Etirazçılar "faşistlər" qışqırır, bəziləri əllərində "Kreml, əllərini Ukraynadan çək!" və "Putinlə heç bir danışıq" lövhələrini tutur.

Sındırılmış pəncərələr

BBC Ukrayna xidmətinin müxbiri Svyatoslav Xomenko hadisə yerindən xəbər verib ki, əvvəlcə izdiham olduqca dinc meylli olub. Onların arasında çoxlu pensiyaçı var idi.

Lakin, onun sözlərinə görə, tədricən kontingent dəyişməyə başlayıb. Çoxlu maskalı gənc peyda olub.

Səfirliyin pəncərələri daşa basılıb. Müxbirin sözlərinə görə, binanın üz tərəfində tək-tük sındırılmamış pəncərə qalıb.

Binanın divarına etirazçılar böyük faşist svastikasını çəkiblər. Bir an yağış yağıb, lakin camaat dağılışmayıb.

Müxbirin sözlərinə görə, hüquq-mühafizə nümayəndələri sakitləşdirmək üçün fəal hərəkətlərə əl atmır.

Rusiya hiddətlənir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Ukraynada Rusiya səfirliyinə qarşı bundan sonra provokasiyalara" yol verməmək üçün təşkilatın bütün imkanlarını işə salmaq xahişi ilə şənbə günü ATƏT sədri Didier Burkhalterə müraciət edib.

Didier Burkhalter dərhal bu məsələ ilə məşğul olmağı vəd edib, Rusiya XİN-i bildirib.

"Rusiya XİN-i və Rusiyanın Ukraynadakı Səfirliyinin Ukraynanı rəsmi hakimiyyətinə çoxsaylı müraciətlərinə baxmayaraq, Ukrayna hüquq-mühafizə orqanları Rusiyanın Ukraynadakı Səfirlinin müdafiəsi üzrə heç bir tədbir görməyib. Bu, Ukraynanın beynəlxalq öhdəliklərinin kobudcasına pozulması deməkdir", - Rusiya XİN-in rəsmi saytında deyilir.

Musavat.com

Tarix
2014.06.15 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla