Yuxarı

Lavrov: “Bütün günahlar Qərbdədir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukrayna ilə razılığın əldə olunmamasında Qərbi günahlandırıb.

Axar.az xəbər verir ki, Lavrov çıxışında Ukrayna ilə qaz ixracı məsələsində Avropa Birliyi ölkələri ilə razılıq əldə olunduğunu, lakin nəticə etibarı ilə ortaya heç nə qoyulmadığını bildirib. Çıxışında Rusiyanın Kiyevdəki səfirliyinə təşkil olunan hücumdan danışan Lavrov, "Qərb Ukrayna hökumətinin atdığı hər addımı dəstəkləyir. Maydan hadisələrindən sonra qeyri-qanuni yolla hakimiyyətə gələnlər üçün bundan artıq fürsət ola bilməz. Səfirliyimizə edilən hücumda dəyən ziyan mütləq ödənilməlidir", - deyib.

Səfirliyə hücum edən "neo-faşistlər"in cəzalandırılmasını tələb edən rus siyasətçisi Ukraynada həbs olunan televiziya müxbirlərinin də dərhal azad olunmasını istəyib.

Xatırladaq ki, iyunun 6-da nəzarətə alınan iki rus müxbirdən əlavə bu gün də iki jurnalist həbs olunub.

İyunun 14-ü gecə isə Rusiyanın Ukraynadakı səfirliyi önündə fəalların aksiyası keçirilib: onlar rus səfarətxanasına məxsus avtomobilləri aşırıblar, bir maşını isə yandırıblar, səfirlik önündə Putin də daxil olmaqla, Rusiya əleyhinə təhqirlər səsləndirilib.

Tarix
2014.06.16 / 10:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla