Yuxarı

Avropanın ən gənc ölkəsi məlum oldu - Araşdırma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankı, Avropa Statistika Bürosu və Türkiyə Statistika Qurumunun 2016-ci il üzrə göstəricilərinə əsasən, dünyanın ən böyük üç ölkəsindən biri olan Çinin 1 milyard 378 milyonluq əhalisinin 10, Hindistanın 1 milyard 324 milyonluq əhalisinin 6, ABŞ-ın isə 323 milyonluq əhalisinin 15 faizi yaşlılardan ibarətdir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Anadolu” agentliyi yayıb.

Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri və Qətər 1 faizlik göstərici ilə yaşlı əhalisi ən az olan ölkələrdir. Bu ölkələri yaşlı əhalisinin sayı 2 faiz olan Uqanda, Küveyt, Oman, Anqola, Bəhreyn, Burkina Faso və Zambiya izləyir. Araşdırmada qeyd olunur ki, ötən ilin göstəricilərinə əsasən, 127 milyonluq Yaponiya əhalisinin 27, 82,6 milyonluq Almaniyanın 21 və 60,6 milyonluq İtaliyanın 22 faizi yaşlı əhalidən ibarətdir. Dünyanın ən yaşlı ölkələrindən olan Yunanıstanda isə əhalinin 21 faizi 65 və daha yuxarı yaşa sahibdir. Buna görə də Avropa dünyanın ən yaşlı qitəsi hesab olunub.

Məlumatda bildirilib ki, Türkiyənin yaşlı əhali nisbəti 8,3 faiz təşkil edir və bu göstərici ilə o, Avropanın ən gənc ölkəsi hesab olunur.

Tarix
2017.10.02 / 09:07
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla