Yuxarı

Prezidentin xanımı milyarderlə rəqs etdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-də Özbəkistanda rusiyalı milyarder Əlişir Usmanovun evində Rusiyanın məşhur ulduzlarının iştirakı ilə böyük toy mərasimi keçirilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq” radiosunun Özbəkistan bölməsi yayıb. Radio Usmanovun evində milyarderin qohumu Sərvərlə Özbəkistan Baş nazirinin keçmiş müavini, hazırkı deputat Dilaran Taşməhəmmədovun qızı Əzizənin toy mərasiminin təşkil edildiyini bildirib. Mərasimdə Usmanovun dostlarından olan özbək oliqarx Fəttah Şodiyev də iştirak edib. Toy mərasimi zamanı Usmanov Özbəkistan prezidentinin həyat yoldaşı Ziyarətxan Haşımova ilə rəqs edib.

Qeyd edək ki, bir müddət əvvəl Prezident Şövkət Mirziyayevin BMT Baş Assambleyasına məhz Usmanovun təyyarəsində getməsi Özbəkistanda böyük əks-sədaya səbəb olmuşdu. Lakin Mirziyayevlə Usmanovun yaxınlığı yenilikcə başlamayıb. Belə ki, məhz Kərimovun özbək oliqarxlarına qarşı sərt mövqe tutduğu zamanlarda belə Usmanov öz qohumlarından başqa biri üçün Daşkənddə təşkil etdiyi toy mərasiminə Mirziyayevi və xanımını dəvət etmişdi. Üstəlik, həmin toy mərasimində eks-prezidentin hazırda həbsdə olan qızı Gülnarə Kərimova da iştirak etmişdi.

Tarix
2017.10.02 / 12:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla