"İraq Şam İslam Dövləti" terror təşkilatına aid
inanılmaz gizli məlumatlar ortaya çıxıb.
Axar.az xəbər verir ki, iraqlı komandirlərlə danışdıqdan bir
neçə saat sonra Mosuldakı evinin yaxınlığında başı kəsilmiş olaraq
tapılan kuryerin evindən təşkilatın ən gizli məlumatlarının olduğu
160 disk tapılıb.
"Abu Hajjar" üzvü olan və İŞİD-də öldürülən təşkilat
liderlərindən Əbdulrəhman Əl-Bilaviyi qorumaq vəzifəsini yerinə
yetirən kuryer olaylarla bağlı önəmli açıqlama vermişdi: "Mosul çox
qısa zamanda cəhənnəmə dönəcək. Heç biriniz nə olduğunu
anlamayacaqsınız".
Təşkilatın maliyyə qaynaqları, digər ölkələrdəki qərargahlarıyla
əlaqədar bütün detallar, ali səviyyəli liderlərin məlumatları,
təşkilatın istifadə etdiyi kod adları, qrupun maliyyə hesabları
İraq komandirlərinin əlinə keçib.
İngilis qəzeti "Qardian"a danışan SİA kəşfiyyat işçilərindən
biri, "Bu məlumatları gördüyümüzdə şoka düşdük. Təşkilatın əlaqədə
olduğu elə ölkələrlə qarşılaşdıq ki, bu, çox qarışıq məsələdir", -
deyə bildirib.