Yuxarı

Papa Putini belə cəzalandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Benedikt Rusiya Prezidenti Putinlə görüş üçün yarım saat ayırsa da, ikinci bu görüşə 27 dəqiqə gecikib. Belə ki, o, Papayla görüşə gələndə onun hal-əhvalını tutduqdan sonra yalnız “çox sağol, oğlum” sözlərini eşidib və bundan sonra görüş bitib.

Axar.az xəbər verir ki, bunu “112 Ukrayna” televiziyasına açıqlamasında Rusiya Dumasının eks-deputatı İlya Ponomaryov söyləyib. Ponomaryovun sözlərinə görə, bu hadisə 2013-cü ilin payızında baş verib:

“Mənim bu görüşü hazırlayanlardan aldığım informasiyaya əsasən, görüşün məqsədi Papanın Soçi olimpiyadasını boykot edilməməsi üçün çağırış etməsi idi. Təbii ki, məqsədə çatmaq mümkün olmadı və bundan sonra Mixail Xodorkovski azadlığa buraxıldı. Ona görə ki, Putin buraxılmış fürsətin qarşılığında hansısa gözəl jest etməli idi. Mən sadəcə olaraq Papa XVI Benediktə heyranam. O almandır və almanlar zamana münasibətdə çox həssasdırlar”.

Qeyd: Papa XVI Benedikt 2013-cü ilin 28 fevralında istefa verib. Papa Fransisk isə 13 mart 2013-cü ildən katolik dünyasına rəhbərlik edir. Ona görə də İlya Ponomoryovun "2013-cü ilin payızı" (müsahibənin tam mətni BURADA) ifadəsi yerinə düşmür. Putin 2013-cü ilin payızında (noyabr) Papa Fransisklə görüşüb.

Tarix
2017.10.02 / 17:16
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla