Yuxarı

Yasamal sakinləri “mavi”lərdən prezidentə şikayət etdilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yasamal sakinləri “mavi”lərdən prezidentə şikayət etdilər

"Bu əxlaqsızların ucbatından evimizdən çıxa bilmirik"

Yasamal sakinləri gecələr əraziyə toplaşan cinsi azlıqların əlindən dad edirlər.

Yasamal rayonu 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinləri Prezident Administrasiyasına və Yasamal rayon İcra Hakimiyyətinə müraciət ediblər. Sakinlər müraciətlərində bildirirlər ki, yay mövsümünün gəlişi ilə əlaqədar cinsi azlıqlar hər gecə onların yaşadığı ərazidə cəm olurlar: "Onlar Alatava qəsəbəsi istiqamətindən başlayaraq metronun "20 yanvar" stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər. Təkliflərini də ərazidə gerçəkləşdirirlər. Şəxsi avtomobili olan homoseksuallar isə "xidmət"lərini avtomobildə həyata keçirirlər. Deyim ki, onlara görə, yaşadığımız əraziyə müştərilər cəm olurlar. Nəticədə yaşadığımız ərazidə sərbəst hərəkət edə bilmirik. Uşaqlar, qadınlar narahatlıq içindədirlər. İctimai əxlaqsızlıqdan gecələr yaşadığımız ərazidə hərəkət edə bilmirik".

Müraciətdə qeyd olunur ki, sakinlər və ziyalılar narahatdırlar: "Biz mənəvi dəyərlərimizi əsas tutaraq sizdən xahiş edirik ki, tədbir görülsün. İnsanlar rahat yaşadığı ərazidə hərəkət etsin. Xahiş edirik, tabeliyinizdə olan polis orqanlarına ərazini daimi nəzəarətdə saxlaması üçün tapşırıq verəsiniz".

Qeyd edək ki, PA-ya və RİH-ə ünvanlanan müraciətə bina sakinləri imza atıblar.

Musavat.com

Tarix
2014.06.18 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla