Yuxarı

Türkiyənin Cənubi Qafqazla birləşməsi... - Erməni mediası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazın Türkiyə vasitəsilə Avropa ilə logistik əlaqələr qurması regional siyasətdə çox şeyi dəyişə bilər.

Axar.az xəbər verir ki, bu sözləri erməni mətbuatı Türkiyənin Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə Qafqazla birləşməsinin siyasi nəticələri haqda yazıb.

“Türkiyənin Osmanlı imperiyasının çökməsindən və respublikanın formalaşmasından sonrakı 100 il ərzində Cənubi Qafqazla yeganə əlaqəsi Qars-Gümrü dəmiryolu vasitəsilə olub. 1993-cü ildə Kəlbəcərin işğalından sonra isə həmin yolun istifadəsi dayandırılıb. Azərbaycan və Gürcüstanla hələ də dəmiryolu əlaqəsi olmayan Türkiyə, Qafqazdan tamamilə təcrid olunmuşdu. Türkiyə daha sonra dəmiryolu logistikasını dəyişib. Asiya və Avropanı birləşdirən dəmir yolunun açılışı, Qarsdan Ərzuruma və daha sonra İstanbula qədər dəmiryolların tikintisi tamamlanıb. Bununla da 2013-cü ildən Türkiyə öz məhsullarının birbaşa olaraq Böyük Britaniyaya çıxışını təmin edib.

Ermənistanla Gürcüstan arasında dəmiryolu əlaqəsi mövcuddur. Bu, Bakı-Qars dəmiryolunun istifadəsindən sonra Cənubi Qafqazdan, o cümlədən Ermənistandan olan yüklərin Londona çatması deməkdir”, - erməni mediası qeyd edib.

Erməni mətbuatı həmçinin Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə erməni yüklərinin daşınmasının qadağan olunması üçün heç bir mexanizm olmadığını, dəmiryolunun istifadəsinin Türkiyənin Qafqazla birləşməsinə və regional siyasətdə bir çox dəyişikliklərin yaranmasına səbəb olacağını yazıb.

Tarix
2017.10.11 / 14:53
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla