Yuxarı

Türkiyənin silahı oğurlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin silahı oğurlandı

Parisdə ötən gün yekunlaşan "Eurosatory" beynəlxalq müdafiə sərgisində Türkiyənin MKE şirkətinin stendindən JNG-90 Bora-12" snayper tüfəngi oğurlanıb.

Silahın saxlanıldığı seyfin xüsusi açar istifadə edilməklə açıldığı və oğurlandığı bəlli olub. Hazırda polis faktla bağlı araşdırmalar aparır.

MKE yetkililərinin sözlərinə görə, silahı oğurlayan şəxsin ondan istifadəsi mümkün deyil. Sərgidə nümayiş etdirilən tüfəngin zərbə-tətik mexanizmi üzərindən çıxarılıb.

MKE tərəfindən istehsal edilən 7,62x51 mm çaplı "Bora-12" snayper tüfəngi hazırda Türkiyə və Azərbaycan Ordusunun silahlanmasında yer alır. Türkiyə mühəndisləri tərəfindən dizayn edilmiş silahın effektiv atış məsafəsi 1200 metr təşkil edir.

2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində də yer alan "Bora-12" vasitəsi ilə Azərbaycan hərbçiləri ilk dəfə 1150 metr məsafədəki hədəfi dəqiq atəşlə vurublar. Hazırda "Bora-12" Azərbaycan Ordusu tərəfindən cəbhə xəttində geniş tətbiq olunur.

Türkiyənin BMT Adi Silahlar Registrinə təqdim etdiyi məlumata görə, 2013-cü ildə MKE şirkəti tərəfindən Azərbaycana 100, İordaniyaya isə 3 ədəd JNG-90 "Bora-12" snayper tüfəngi satılıb.

APA

Tarix
2014.06.21 / 10:56
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla