Yuxarı

Bakıda unikal bina tikiləcək - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda unikal bina tikiləcək - Foto

Azərbaycan "Milan Expo 2015" sərgisi üçün unikal mərkəzin tikintisini planlaşdırır. Şüşə sferalı və dalğalı ağac divarlı pavilyon "Arassociati və Simmetrico Network" memarlıq studiyasının layihəsidir.

Ekomövzuya uyğun olaraq, dizaynerlər binanın ekoloji təmiz, yüngül işlənən materiallardan hazırlanmasını nəzərdə tutublar. Ağacdan olan dalğalı "jalyüzlər" pavilyonun interyerini əlavə günəş işığından qoruyacaq. Hər iki sferada Azərbaycanın iqlim, mədəniyyət, qastronomiya və coğrafi aspektlərini qonaqlar açan ekspozisiyalar yerləşdiriləcək.

Qeyd edək ki, "Milan Expo 2015" sərgisi 2015-ci il mayın 1-dən oktyabrın 31-dək 1,7 mln. kvadratmetr ərazidə təşkil olunacaq. Dünyanın müxtəlif ölkələrindən 30 milyonadək qonağın iştirakı ilə keçirilməsi nəzərdə tutulan bu sərgidə məqsəd sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət cəlb etməkdir.

Azərbaycan "Planeti qidalandırmaq, həyat üçün enerji" adlı "Milan Expo 2015" sərgisində ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla təmsil olunacaq.

Buro24/7.az

Tarix
2014.06.22 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla