Yuxarı

Sərkisyan: Moskva ilə yeni hərbi kredit müqaviləsi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva yaxın zamanlarda İrəvana mövcud olan müqavilələr üzrə silah tədarük edəcək. Artıq imzalanmış 100 milyon dollarlıq kredit razılaşmasının icrası isə dövlətlər arasındakı bütün razılaşdırılmaların bitməsindən sonra başlayacaq.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Ermənistan Prezidenti Serj Sərkisyan söyləyib.

“Bu ilin sonuna qədər biz bütün əvvəlki razılaşmaları icra edəcəyik. Yaxın günlərdə yeni tədarükü gözləyirik və ilin sonuna qədər biz əvvəlki razılaşma ilə bağlı bütün məsələləri qoruyacağıq. Biz artıq İrəvanda yeni razılaşma imzalamışıq. O gərək Rusiya və Ermənistanın bütün instansiyalarından keçsin, daha sonra ratifikasiya proseduru baş tutsun. Bütün bunlardan sonra biz bu proqramın icrası üçün rusiyalı istehsalçılarla işə başlayacağıq”, – o bildirib.

Qeyd edək ki, Sərkisyan sazişin nə zaman imzalandığını açıqlamayıb. Onun Medvedyevin bir müddət öncə İrəvan səfəri zamanı imzaladığı güman edilir.

Tarix
2017.11.01 / 12:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla