Putin döyüş meydanında uğurun sirrini açıqladı
20:00
Ana səhifə Planet |
Rusiya əhalisinin 57 faizi teleaparıcı Kseniya Sobçakın prezident seçkilərində namizəd olmasını istəmir.
Axar.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi tərəfindən vətəndaşlar arasında sorğu keçirilib.
Məlumata görə, sorğuda iştirak edənlərin 98 faizi Sobçakı tanıyıb və təxminən 75 faizi onun prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətində olduğunu bilib. Sobçakın namizədliyini respondentlərin 33 faizi əhəmiyyətsiz hesab edib. Aparıcının siyasi səylərini yalnız 8 faiz müsbət qiymətləndirib. Sorğuda iştirak edənlərin 69 faizi isə Sobçakın bu sahədə heç bir perspektivi olmadığını düşünüb.
Qeyd edək ki, bir qədər əvvəl Kseniya Sobçakın seçki qərargahını polittexnoloq Aleksey Sitnikov tərk etmişdi.
Tarix
2017.11.02 / 01:37
|
Müəllif
Orxan Tağıyev
|