Yuxarı

Tramp ABŞ-ın ən uğursuz prezidenti oldu – Sorğu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp 9 aylıq fəaliyyətinin nəticələrinə görə, son 70 ildə ABŞ prezidentləri arasında ən aşağı reytinqə sahib prezident olub.

Axar.az xəbər verir ki, “Vaşinqton Post” qəzeti və ABC telekanalının keçirdiyi sorğuların nəticələri ekspertlərə bu fikri səsləndirməyə imkan verib.

ABŞ prezidentinin fəaliyyətini yalnız respondentlərin 37 faizi dəstəklədiyi halda, 59 faiz sorğu iştirakçısı ölkə başçısından narazılığını ifadə edib. Trampın sələfləri isə eyni dövr ərzində 51 faizdən (Cimmi Karter) 89 faizə (oğul Corc Buş) qədər respondentin dəstəyini qazana bilib.

Sorğuda iştirak edənlərin təxminən üçdə ikisi hazırkı prezidentin demək olar ki, fəaliyyət müddətində heç nə etmədiyini və ya çox az şey edə bildiyini söyləyib. Vətəndaşların yarıdan çoxu isə Tramp dövründə ABŞ-ın zəiflədiyi fikrini müdafiə edib. Amerikalılar həmçinin Donald Trampı seçkiöncəsi vədlərini tutmamaqda (55 faiz) ittiham ediblər.

Qeyd edək ki, sorğu oktyabrın 29-dan noyabrın ilk gününə qədər minlərlə ABŞ vətəndaşı arasında keçirilib.

Tarix
2017.11.05 / 18:15
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla