Yuxarı

Ərəbistan: Şahzadələrin həbsi hələ başlanğıcdır - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanını korrupsiyadan təmizləmək üçün həyata keçirilən həbslər sadəcə başlanğıcdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Baş prokuroru Şeyx Səud əl Mojeb söyləyib. Onun sözlərinə görə, həbs edilən 11 şahzadə, 4 nazir və digər eks-nazirlərin bütün hesabları dondurulub.

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi ilə başladılan əməliyyatlara artıq ABŞ Prezidenti Donald Tramp da dəstək verib:

“Kral Salman və Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinə böyük etibarım var. Nə etdiklərini çox yaxşı bilirlər. Sərt reaksiya ilə üzələşənlərin çoxu ölkələrindən illərdir oğurluq edirlər”.

Qeyd edək ki, vəliəhdin təzyiqi ilə Kral Salman ibn Əbdüləziz əs-Səud 4 noyabrda 10 şahzadə və 12 keçmiş nazirin həbs olunmasıyla bağlı qərar verib. Daha sonra isə kral ailəsi üzvlərindən həbs edilənlərin sayı 30-a çatıb. Həbs olunanlar arasında beynəlxalq aləmdə tanınan məşhur milyarder Əl Valid bin Talal da olub. Onların korrupsiyada ittiham olduğu vurğulanıb.

Tarix
2017.11.07 / 11:31
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla