Yuxarı

İŞİD-in növbəti hədəfi Məkkədir? - Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD-in növbəti hədəfi Məkkədir? - Fotolar

Şimali İraq Kürd bölgəsini və Bağdadı ələ keçirməyi planlaşdıran İŞİD-in sonrakı hədəfləri barədə şok yaradacaq iddialar səsləndirilir.

Axar.az xəbər verir ki, təşkilatın liderləri İraqdan sonrakı hədəflərnin Qüds, Məkkə kimi müqəddəs ziyarət məkanlarının olacaqlarını bildiriblər.

İŞİD hazırda İraqdakı şiə bölgələrinə və Bağdada gözünü dikib və hər ötən gün hədəfinə doğru irəliləyir. Təşkilatın bu irəliləyişi qarşısında qonşu ölkələr gələcəyin özlərinə nə gətirəcəyini maraqla gözləyirlər. Xüsusilə Səudiyyə Ərəbistanı bu məsələdə çox gərgin bir gözlənti içərsindədir.

Xilafət dövləti qurmaq istədiyini açıqlayan İŞİD liderləri hədəflərinin Suriya və İraq ilə məhdudlaşmayacağını açıqlayaraq bütün dünyaya gözdağı verməyə çalışırlar.

Aşağıdakı xəritə təşkilat üzvləri tərəfindən ictimai mediada ən çox paylaşılan şəkillər arasındadır. Xəritədə təşkilat hədəfinə qoyduğu ölkələri qara rənglə boyayıb. Tövhid möhürü yerləşdirib. Xəritədə Afrika və Asiya ölkələrinin bir qismi əhatə edilib.

İraq sərhədləri daxilində irəliləyən İŞİD-in növbəti hədəfi Səudiyyə Ərəbistanı göstərilir.

İŞİD tərəfdarlarının Tvitterdə #ISISOnSaudiBorder haştaqlarından istifadə etməsi isə S. Ərəbistanında narahatlıqlar yaradıb.

Həmin fotoları təqdim edirik:

Tarix
2014.06.27 / 23:33
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla