Duzlu yemək də xərçəng yaradır - Onkoloq
01:51
Ana səhifə Planet |
ABŞ hökuməti 2018-ci ildə kosmosda fəaliyyətlərə ayrılan vəsaitlərin artırılmasını planlaşdırıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Hizer Uilson danışıb.
“Biz kosmosun müharibə aparılacaq yer kimi qəbul edilməsi anlayışına keçid edirik”, - Uilson deyib.
ABŞ ordusunun generalı Devid Qolfdin isə öz növbəsində ölkə rəhbərliyinin Hərbi Hava Qüvvələrinin hücum və manevr azadlığını şərtləndirən əsas amil kimi kosmosda da üstünlüyə nail olmasını gözlədiyini bildirib.
Qeyd edək ki, ABŞ Kosmik-Hərbi Hava Qüvvələrinin komandanı Cey Raymond mətbuata açıqlamasında ölkəsinin 2030-cu ilə qədər kosmik donanmaya sahib olacağını bildirmişdi.
Tarix
2017.11.10 / 14:16
|
Müəllif
Orxan Tağıyev
|