Yuxarı

Türk dövlətləri sərhədlərlə bağlı saziş imzaladı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri üç ölkənin sərhədlərinin kəsişmə rayonu barədə Saziş imzalayıblar.

Axar.az xəbər verir ki, imzalanma mərasimi BMT-nin himayəsi altında Səmərqənddə keçirilən “Mərkəzi Asiya: eyni keçmiş və ümumi gələcək, davamlı inkişaf və qarşılıqlı tərəqqi naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunub.

Mərasimdə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov, Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov, Türkmənistan Nazirlər Kabineti sədrinin birinci müavini, xarici işlər naziri Rəşid Meredov iştirak ediblər.

Sərhədlərin kəsişmə rayonu barədə Sazişin imzalanması Qazaxıstan, Türkmənistan və Özbəkistan arasında dövlət sərhədinin beynəlxalq-hüquqi rəsmiləşdirilməsi mərhələlərindən birini tam başa çatdırmağa imkan verəcək.

Bu sənəd üç həmsərhəd dövlət arasında qarşılıqlı hörmətin möhkəmlənməsi, suveren həmrəylik və ərazi bütövlüyü üçün möhkəm təməl yaradacaq.

Tarix
2017.11.10 / 19:41
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla