Yuxarı

Saakaşvili oğlunu tapdı - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.11.10. 23:36

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin oğlu Kiyev aeroportunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə elə Saakaşvilinin özü Feysbuk hesabında məlumat yayıb.

“2 saat əvvəl 11 yaşlı oğlum və onu mühafizə edən Gürcüstan Təhlükəsizlik Xidmətinin əməkdaşı Borispol Hava Limanında saxlanılıblar. Mənim yanıma gələn həmin əməkdaş rəsmi olaraq xidmət başındadır. Onların sənədləri yerindədir. Lakin səbəb göstərilmədən onları xüsusi otaqda saxlayırlar. Məsələni araşdırmaq üçün hava limanına gedirəm”, - eks-prezident bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Mixail Saakaşvili Ukraynada leqal yaşamaq üçün rəsmi sənəd almışdı.

***

Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Oleq Slobodyan Saakaşvilinin oğlunun Borispol Hava Limanında saxlanılması məsələsinə aydınlıq gətirib.

O Fesybuk səhifəsində qeyd edib ki, azyaşlını hava limanında heç kim qarşılamayıb və bu səbəbdən nəzarətçilər onu atası gələnə kimi saxlayıblar:

“Həqiqətən, 10 noyabr, yerli vaxtla saat 18:30 radələrində Tiflis reysi ilə Borispol Hava Limanına Mixail Saakaşvilinin Ukrayna vətəndaşı olmayan azyaşlı oğlu səfər edib. Təəssüf ki, azyaşlını yaxın qohumlardan və yaxud səlahiyyətli şəxslərdən heç kim qarşılamayıb. Təxminən 20:00 radələrində vətəndaşın atası gəldikdən sonra sərhəd xidmətinin əməkdaşları sənəd yoxlanışı həyata keçirdilər və ata ilə oğulun görüşdüyünə əmin oldular”.

Tarix
2017.11.11 / 00:21
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla