Benzia fantastik qolundan danışdı: Qurbanovun əməyi… - Video
17:35
Ana səhifə Planet |
İran Bəhreyndəki neft kəmərini partlatmayıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi söyləyib. Onun sözlərinə görə, İranı bu məsələdə şübhəli bilmək əsassızdır:
“Bəhreyn hökumətinin öyrəndiyi tək şey adadakı hər insidentdən sonra İranı günahkar bilməkdir. Bunlar absurddur”.
Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanından Bəhreynə gedən neft kəməri partladılmışdı. Bəhreyn Xarici İşlər Nazirliyi partlayışa görə məsuliyyəti İranın daşıdığını bildirmişdi.
Tarix
2017.11.12 / 15:10
|
Müəllif
İlkin Həsənov
|