Yuxarı

Putin yenidən prezident olmaq qərarı verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin 2018-ci ilin martında keçiriləcək prezident seçkisində iştirak edəcəyini açıqlaması üçün Kreml bir neçə ssenari hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı RBK televiziyası Kremldəki mənbələrinə istinadən yayıb. Televiziyanın mənbəsi artıq Putinin seçkidə iştirak qərarının qətiləşdiyini bildirib. Putinin seçkidə iştirakla bağlı açıqlamasını Federasiya Şurasının seçkinin dəqiq tarixini elan etməsindən ya əvvəl, ya da sonra edəcəyi vurğulanıb:

“Federasiya Şurası seçkinin dəqiq tarixini 7-17 dekabr arasında elan edəcək. Seçkidə iştirakla bağlı açıqlama isə Vahid Rusiya Partiyasının 22-23 dekabr tarixlərində baş tutacaq qurultaydan öncə ediləcək. Prezidentin açıqlamasını hansı formatda edəcəyi hələlik dəqiq müəyyənləşməyib. Putin bu açıqlamanı hansısa regiona səfəri zamanı edə bilər və ya onun məşhur adamları toplayaraq keçirəcəyi xüsusi mərasimdə də bu açıqlama verilə bilər. Kreml Putinlə bağlı maksimal şəkildə qısa seçki kampaniyası aparmağı planlaşdırır. Belə ki, onun qələbəsi heç kimdə şübhə yaratmır. Məhz buna görə də Kreml prezidentliyə namizədliyin elan edilməsində tələsməməyə çalışır”.

Qeyd edək ki, Putin bundan öncə dəfələrlə jurnalistlərin onun növbəti prezidentliyə namizədliyini verəcəyi ilə bağlı suallarından yayınıb. Artıq seçkidə iştirakla bağlı planlarını bir neçə nəfər açıqlayıb. Bunlar sırasında teleaparıcı Kseniya Sobçak, müxalif blogger Aleksey Navalnı, Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov, Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski, Yabloko Partiyasının təsisçisi Qriqori Yavlinski, Rusiya Kommunistləri Partiyasının rəhbəri Maksim Suraykin, politoloq Andrey Boqdanov, müğənni Yekatirina Qordon və biznesmen Sergey Polonski yer alıb.

Tarix
2017.11.13 / 11:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla