Yuxarı

Bil Qeyts bu xəstəliklə savaşa 100 milyon ayırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Maykrasoft"un yaradıcısı Bill Qeyts altsheymer - beyin xəstəliyinə qarşı mübarizəyə 100 milyon dollar ayırıb.

Axar.az xəbər verir ki, bu barədə Bill Qeyts “Röyters” agentliyinə verdiyi müsahibə zamanı deyib.

"Ümid edirəm ki, 10 ildən sonra bu xəstəliyin müalicəsi üçün bizdə bəzi dərmanlar olacaq. Lakin ola bilər ki, bu baş verməsin. Altsheymer xəstəliyi böyük miqyaslı problemdir. Bizim ailəmizdəki bəzi insanlar da bu xəstəlikdən əziyyət çəkirdilər. Xəstəlik nəticəsində zehni qabiliyyətlərindən məhrum olmuş insanları izləməyin sizin üçün nə qədər dəhşətli olduğunu bilirəm. Bu, sevdiyiniz şəxsin gözləriniz qarşısında yavaş-yavaş ölümünə bənzəyir", - deyə Qeyts bildirib.

Qeyd edək ki, altsheymer - müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon nəfərdir. 2050-ci ildə isə bu rəqəmin dörd dəfə artacağı gözlənilir.

Tarix
2017.11.14 / 09:57
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla