Yuxarı

Rusiya ABŞ istiqrazlarına yatırımları kəskin azaltdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2017-ci ilin sentyabrında ABŞ xəzinə istiqrazlarına yatırımları azaldıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Maliyyə Nazirliyi yayıb. Nazirlik istiqrazlara yatırımın 1,5 milyard dollar azaldığını bildirib. Hazırda Rusiyanın bu istiqrazlarda yatırımı 103,9 milyard dollar təşkil edir.

Qeyd edək ki, Rusiya avqust ayında ABŞ xəzinə istiqrazlarına investisiyaları 2,3 milyar dollar artırmışdı. 2016-cı ilin dekabrından 2017-ci ilin mayına qədər olan dövrdə isə bu istiqrazlara edilən yatırımlar nəticəsində investisiyaların ümumi həcmi 86,1 milyarddan 108,7 milyard dollara qədər çoxalmışdı.

Hazırkı göstəricilərinə görə Rusiya ABŞ-ın borclu olduğu ölkələr arasında 15-ci yeri tutur. Bu siyahıda ilk yer yenə də Çinə (1,180 trilyon dollar – red.) məxsusdur. Ondan sonrakı yerlərdə isə Yaponiya (1,096 trilyon dollar – red.), İrlandiya (310,8 milyard dollar), Braziliya (272,8 milyard dollar – red.), Kayman adaları (267,6 milyard dollar – red.) qərarlaşıb.

Ümumilikdə ABŞ xəzinə istiqrazlarına qoyulan investisiyalar sentyabr ayında 6,323 trilyon dollara yüksəlib. Bu investisiyaların 4,07 trilyon dolları xarici ölkələrin hökumətləri və ya mərkəzi banklarına məxsus olub.

Tarix
2017.11.16 / 16:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla