Yuxarı

Zaxarova: “ABŞ-ın Qarabağın həlli üçün pulu yoxdur?”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzəri baxımdan əgər həmsədrlərdən biri az olsa, o zaman ATƏT-in Minsk Qrupunun formatı da dəyişəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarov amerikalı keçmiş həmsədr Metyu Brayzanın ABŞ-ın Minsk Qrupundan çıxacağı ilə bağlı çıxışını şərh edərkən söyləyib.

“Bu sual Amerika tərəfinə ünvanlanmalıdır. Hər şey məntiqli görünür. Əgər bir həmsədr az olsa, format dəyişəcək. Onların bunun üçün pulu çatmırmı? Əgər onların pulu çatmırsa, bu sual bizə yox, Amerikaya ünvanlanmalıdır. Rusiya üçün Dağlıq Qarabağın həlli məsələsi beynəlxalq gündəmdəki əsas prioritetlərdən biri hesab edilir. Ona görə ki, söhbət təkcə bizim qonşularımızdan yox, həm də bizi yalnız sənədlər və öhdəliklərlə bir-birimizə bağlamayan xalqlardan gedir. Bizi tale, həyat bir-birimizə bağlayır. Bizim on illər, yüz illər ərzində ümumi həyatımız, taleyimiz olub. Ona görə də Dağlıq Qarabağ bizim üçün prioritetdir”, – deyə o bildirib.

Qeyd edək ki, Metyu Brayza bundan öncə ABŞ Dövlət Departamentinin maliyyələşdirilməsinin azaldılması ucbatından Vaşinqtonun öz həmsədrini ATƏT-in Minsk Qrupundan geri çağıracağını bildirmişdi.

Tarix
2017.11.16 / 16:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla