Yuxarı

Metyu Brayza: “Qarabağ Rusiya ilə ABŞ arasında...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ və terrorizmlə mübarizə ABŞ və Rusiya arasında əməkdaşlığa nümunədir.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza söyləyib.

“Bizim Gürcüstandakı konfliktlərə fərqli baxışımız mövcuddur, amma eyni zamanda, biz Dağlıq Qarabağ və terrorizmlə mübarizədə əməkdaşlıq edirik. Hazırda iki ölkə arasında əməkdaşlıq məsələsində müəyyən dəyişikliklər mövcuddur. ABŞ Rusiyanın Trampın seçki qərargahı ilə əlaqəsi olub-olmadığını araşdırır. İndi Moskva ilə əməkdaşlıqda pozitiv məqamlara hədəf kimi baxılmır. Məncə, bunlar da keçəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları bu ölkədəki siyasi sistemləri dəyişməyəcək:

“Digər tərəfdən isə bu sanksiyalar Moskvanın beynəlxalq arenada davranışını dəyişə bilər. Çoxları fikirləşir ki, Rusiya Ukraynadakı davranışına görə cavab verməsə, Baltikyanı ölkələrə münasibətində daha aqressiv olacaq. Bu sanksiyalar Moskvanın cəzalandırılmasında mühüm rol oynaya bilər”.

Tarix
2017.11.17 / 11:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla