Ana səhifə Planet |
2001-ci ildən indiyə qədər ABŞ-ın Əfqanıstandakı hərbi xərcləri 679,8 milyard dollar olub.
Axar.az xəbər verir ki, bu barədə informasiya ABŞ Müdafiə Nazirliyinin baş inspektorunun səlahiyyətlərini müvəqqəti icra edən Qlen Faynın hesabatında yer alıb.
“Pentaqonun yeni büdcəsində Əfqanıstandakı hərbi fəaliyyət üçün 45,9 milyard dolların ayrılması nəzərdə tutulub. 2018-ci ildə Pentaqon həmçinin dünyadakı hərbi əməliyyatlara 64,6 milyard dollar xərcləyəcək. Ümumilikdə 2001-ci ildən indiyə qədər ABŞ Konqresi Əfqanıstan, İraq və digər ərazilərdə əməliyyatlar üçün 1,6 trilyon dollar ayırıb”, – deyə hesabatda bildirilib.
Qeyd edək ki, Uotson adına Braunovski Universitetinin Beynəlxalq Tədqiqatlar İnstitutunun hazırladığı hesabatda ABŞ-ın Əfqanıstan, İraq, Pakistan və Suriyadakı savaşlara 2001-ci il 11 sentyabr teraktından bu vaxta qədər rəsmi rəqəmdən 4 dəfə çox - 5,6 trilyon dollar xərclədiyi bildirilmişdi.
Tarix
2017.11.18 / 17:52
|
Müəllif
İlkin Həsənov
|