Yuxarı

NATO-dan Türkiyəyə qarşı şok plan – Müharibə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkü hədəf göstərən təlim qalmaqalının arxasında 2018-ci ildə Türkiyəyə qarşı keçiriləcək əməliyyat dayanıb.

Axar.az xəbər verir ki, Türkiyənin “Yeni Şəfəq” qəzeti baş verənləri müharibə ssenarisi adlandırıb.

Belə ki, Norveçdə keçirilən təlimlərin ssenarisinə uyğun olaraq “Skolken ölkə” (şərti düşmən) S-400 almaq uğrunda çalışır və silahı satan ölkə ilə yaxınlaşmağa davam edir. Təlimlər çərçivəsində bu şərti düşmənlə müharibə vəziyyəti məşq edilir. Hədəf lövhəsində türk liderlərinin rəsminin olması və digər oxşarlıqlar təlimin gələcəkdə Türkiyəyə qarşı nəzərdə tutulmuş müharibəyə hazırlaşdığı fikirini söyləməyə əsas verir.

Qalmaqalda FETÖ təşkilatının izlərinin olması da istisna edilmir.

Qeyd edək ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb.

Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfərin ordudan qovulduğu bildirilib.

Norveç və NATO isə Türkiyədən üzr istəyib.

Tarix
2017.11.19 / 15:15
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla