Yuxarı

Arxivlər açıldı: Kennedinin ölümündə şok detal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin ölümündə əsas şübhəli Li Harvi Osvaldı güllələyən Cek Rubi təşkil olunan sui-qəsddən qabaqcadan xəbərdar ola bilərdi.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Arxivinin sənədlərində qeyd olunub.

Virciniya Universitetindən olan politoloq Larri Sabato FTB-nin əməkdaşı Bob Vanderslaysın ifadəsinə diqqət çəkib. Vanderslays bildirib ki, Kennedinin ölümündən bir neçə saat əvvəl Cek Rubi onunla əlaqəyə girərək atəşfəşanlığa tamaşa etmək üçün prezident paradına getməyi təklif edib.

“Atışma başlayanda o, Cek Rubi ilə birlikdə olub. Silah səsləri eşidildikdən sonra Rubi dərhal “Dallas Morninq Nyus”un binasına tərəf istiqamətlənib”, - sənədlərdə deyilib.

Vanderslaysın sözlərinə görə, prezidentə qarşı sui-qəsdə qədər onlar Rubi ilə demək olar ki, tanış olmayıblar. Bu məlumatları o, istintaqa yalnız Kennedinin ölümündən 14 il sonra, 1977-ci ilin aprelində verib.

Xatırladaq ki, Con Kennedi Dallasda 22 noyabr 1963-cü ildə öldürülüb.

Tarix
2017.11.20 / 08:45
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla