Yuxarı

Almaniyada siyasi böhran: Merkel ilə koalisiyadan imtina

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya sosial-demokrat partiyasının (ASDP) idarə heyəti noyabrın 20-də Angela Merkelin mühafizəkar bloku ilə koalisiya qurmaq üçün danışıqlar aparmamaq barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, ASDP idarə heyətinin qəbul etdiyi sənəddə, həmçinin koalisiya danışıqlarında iştirak edən partiyaların AFR-i “mürəkkəb vəziyyətə” saldıqları qeyd olunur. Sosial-demokratların lideri Martin Şultsun fikrincə, koalisiya danışıqlarının iflasa uğramasından sonra Bundestaqa təkrar seçkilər keçirilməlidir.

Qeyd edək ki, sentyabrın 24-də Bundestaqa keçirilən seçkilərdə partiyalardan heç biri hökuməti formalaşdırmaq üçün lazım olan səs çoxluğu qazana bilməyib. Riyazi olaraq ölkədə iki çoxluq hökuməti formalaşa bilərdi. Bu ya ASDP ilə Xristian-demokratik və Xristian-sosialist ittifaqı bloku (XDİ/XSİ) və yaxud tərkibində XDİ/XSİ, “yaşıllar” və Azad demokratik partiyanı birləşdirən “Yamayka” adlandırılan koalisiya olmalı idi.

Noyabrın 20-nə keçən gecə koalisiya hökumətinin qurulması üzrə danışıqlar iflasa uğrayıb. Azad demokratik partiya XDİ/XSİ və “yaşıllar”la həftələr boyu davam edən koalisiya danışıqlarından çıxıb. Beləliklə, Angela Merkel parlamentdə çoxluq qazanmaq və ona dayanıqlı hökumət qurmaq imkanı yaradan koalisiya formalaşdırmağı bacarmayıb. İndi isə ASDP-nin Nazirlər Kabinetinə daxil olmaqdan qəti imtina etməsindən sonra Merkel artıq çoxluq hökuməti formalaşdıra bilməyəcək.

Əgər koalisiya qurmaq barədə danışıqlar uğurla nəticələnməsə, iki variant qalır: ya Almaniya tarixində indiyə qədər görünməmiş azlıq hökuməti qurulacaq, ya da yeni seçkilər keçiriləcək.

Son məlumata görə, bazar ertəsi günü AFR Prezidenti Frank-Valter Ştaynmayer bütün partiyalardan 24 sentyabr seçkilərinin nəticələri üzrə koalisiya hökuməti qurmağa hazır olmalarını gözlədiyini bəyan edib. O, yaxın günlərdə partiya liderləri, həmçinin Bundestaqın və Konstitusiya Məhkəməsinin rəhbərləri ilə əlaqə saxlayacaq.

Tarix
2017.11.20 / 19:37
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

AzTV bir daha bəyan etdi: Araiklə müsahibə yayımlanacaq!

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla