Yuxarı

İrəvan işğaldakı rayonları qaytarmağa hazırdır - Proxanov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycana işğal olunmuş torpaqları geri qaytarmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu “Moskva-Baku” saytına müsahibəsində rusiyalı yazar, ideoloq Aleksandr Proxanov söyləyib.

“Bildiyiniz kimi, bu yay mən Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda oldum. Azərbaycanın Dağlıq Qarabağ konfliktinə baxışını anladım. Bundan sonra mən erməni hərbçilərinin nümayəndələri ilə görüşdüm və onların mövqeyini öyrəndim. Biz bilirik ki, aprel hadisələri zamanı Azərbaycan öz ərazilərinin bir qismini geri qaytardı, Lələtəpə strateji yüksəkliyini tutdu. Bu gün elə bir vəziyyət yaranıb ki, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qaytarmağa hazırdır. Ermənistanda qorxurlar ki, bu rayonların verilməsindən sonra hərbi status-kvo pozulacaq, Azərbaycan geri qaytarılmış torpaqlarda hərbi obyektlər yerləşdirəcək. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya, sonra isə İrəvana səfərində əsas məqsədi konfliktin həllidir. Bu gün fakt odur ki, Ermənistan rayonları qaytarmağa hazırdır”, – deyə o bildirib.

Tarix
2017.11.21 / 11:07
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla