İnsultdan qaçmağın ən asan və sadə yolu
02:00
Ana səhifə Planet |
Rusiyanın Dəməşqdə yerləşən səfirliyinə hücum edilib.
Axar.az xəbər verir ki, bu barədə “Doğan” xəbər agentliyi informasiya yayıb.
Məlumata görə, terrorçular tərəfindən səfirlik binası istiqamətində minaatanla hücum olunub. Atılan mərmilərdən biri binanın yaxınlığında partlayıb. Səfirlik əməkdaşları arasında xəsarət alan olmayıb.
Hücum nəticəsində səfirlik binasının elektrik xətlərinin və su təchizatı sisteminin zərər gördüyü bildirilib.
Qeyd edək ki, Suriya Prezidenti Əsəd Rusiyada səfərdədir.
Tarix
2017.11.21 / 12:24
|
Müəllif
Orxan Tağıyev
|