Yuxarı

Ukraynanın qərarına ABŞ-dan münasibət - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın qərarına ABŞ-dan münasibət - Video

Ukrayna qərarını verdi. Noyabrın 28-29-u Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Zirvə toplantısı ərəfəsində Ukrayna Avropaya inteqrasiya prosesini dayandırdı. Bəs bu qərar Şərqi Avropa tərəfdaşlığı proqramının digər üzvlərinə, o cümlədən Azərbaycana necə təsir edəcək?

"Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, hələ bir neçə gün əvvəl Vaşinqton Ukraynanı Avropa Birliyi ilə Assosiasiya müqaviləsini imzalamağa çağırırdı. Bu gün isə artıq bunun yaxın gələcəkdə, Vilnüs Zirvəsi çərçivəsində baş verməyəcəyi aydındır. Rəsmi Vaşinqton öz məyusluğunu gizlətmir.

Departament sözçüsü Cen Psaki Dövlət Katibinin Ukraynaya planlaşdırılan səfərinin də təxirə salındığını elan edir. Görünür, Con Kerrinin Kiyevdə keçiriləcək ATƏT-in Zirvə toplantısında iştirakdan imtina qərarı Ukraynanın seçiminə etirazı nümayiş etdirməyə hesablanıb.

Vilnüs zirvəsinə aparan yolun asan olacağını heç kəs düşünmürdü. Lakin Zirvə ərəfəsində əvvəl Ermənistanın, indi isə Ukraynanın Avropaya arxa çevirməsi Vaşinqtonda Rusiyanın təzyiqinə baş əymək kimi dəyənləndirilir. ABŞ paytaxtında hesab edirlər ki, Rusiyanın ticarət məhdudiyyətləri tətbiq etməsi, sərhədə nəzarət qaydalarını gücləndirməsi, bilinən və bilinməyən təhdidlər öz nəticəsini verib.

Bununla belə, Gürcüstan öz seçimində qərarlı görünür. Gürcüstanın ABŞ-dakı səfiri Arçil Gegeşidze deyir ki, Tiflis öz qərarını verib və Vilnüsda Avropa Birliyi ilə olan Assosiasiya müqaviləsini imzalayacaq: "Biz Assosiasiya müqaviləsini imzalayacağıq və dərhal da bu prosesə baş vurmağa hazırıq. Rusiya, əlbəttə ki, bu prosesdən narazıdır. Rusiya bunu, özünün dediyi kimi, milli maraqlarına zidd hesab edir. Ukrayna və Moldovaya qarşı ticarət məhdudiyyətləri, embarqolar tətbiq edir. Gürcüstan bu təzyiq prosesindən artıq keçib və şükürlər olsun ki, salamat çıxıb".

"Şərq Tərəfdaşlığı"nın 6 üzvündən 2-nin Vilnüs zirvəsinə əliboş getməsi diqqəti digər 4 ölkəyə yönəldir. Avropa Birliyi və ABŞ zirvəyə bir neçə gün qaldığı vaxt bu əməkdaşlığın Rusiyaya qarşı yönəlmədiyini və üzv ölkələrə misli görünməmiş dividentlər vəd etdiyini iddia edirlər.

ABŞ hökuməti Vilnüs sammiti ərəfəsində yaranmış şəraiti "imkan" adlandırır. Bəs iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan üçün fürsət nədən ibarətdir?

Zirvə toplantısına ev sahibliyi edəcək Litva özünü Şərq Tərəfdaşlığının ən gözəl nümunəsi hesab edir. Litvanın ABŞ-dakı səfiri Azərbaycanı çox götür-qoy etmədən Avropa, eləcə də, ABŞ bazarlarının təklif etdiyi misilsiz azad bazar imkanlarından yararlanmağa çağırır.

Litvanın ABŞ-da səfiri Darbo Laikas: "Litva "biz bunu edə bilərik" fəlsəfəsinin ən gözəl nümunəsidir. Sovetlər bizi işğal etmişdi, iqtisadiyyatı dövlət idarə edirdi. Biz Assosiasiya müqaviləsini imzaladığımız gündən üzv qəbul olunanədək iqtisadiyyatımız 6 dəfə, üzv olduğumuz gündən də indiyədək daha 2 dəfə böyüyüb. Bu gün Litva - dünyaın ən sürətlə böyüyən iqtisadiyyatlardandır".

Lakin Azərbaycan üçün seçim yalnız iqtisadi faktorlara əsaslana bilməz. Torpaqlarının 20%-i işğal altında olan Azərbaycan üçün ərazi bütövlüyünə dair aydın zəmanət verilmədiyi halda, Şərqi Avropa tərəfdaşlığı bir o qədər də cəlbedici görünməyə bilir.

Tarix
2013.11.24 / 00:16
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla