Yuxarı

Tramp Qüdsü 20 milyon dollara satdı – Şok faktlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:10

ABŞ Prezidenti Donald Trampın Qüds qərarının arxasında seçki kampaniyası zamanı yəhudi lobbisinin dəstəyi dayanır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.

Məlumata görə, Tramp hələ prezident kürsüsünə əyləşməzdən əvvəl amerikalı məşhur qumarxanalar şəbəkəsinin sahibi Şeldon Adelsona Qüdsü İsrailin paytaxtı olaraq tanıma sözü verib. Şeldon isə Trampın bu vədini Amerika Sionist Təşkilatının rəhbəri Morton Kleinə çatdırıb.

Nəşr Şeldon Adelsonun Trampın seçki kampaniyasına 20 milyon dollar bağışladığını bildirib. Digər mənbələrə görə isə Şeldon həmçinin Hillari Klintona qarşı yönələn təbliğat kampaniyalarına da 25 milyon dollar pul ayırıb.

2016-cı ilin mart ayında ABŞ-ın ən güclü lobbiçilik qrupu hesab olunan Amerika İctimaiyyətlə Əlaqələr təşkilatında çıxışı zamanı Donald Tramp “Amerika səfirliyini yəhudi xalqının əbədi paytaxtı Qüdsə daşıyacağıq”, - deyib.

ABŞ Prezidenti Donald Trampa yəhudi lobbisi ilə yanaşı, ölkədəki evanqelist xristian qrupları da təzyiq göstərib. Çünki evanqelist xristianlar Məsihin geri dönməsi üçün Qüdsün İsrailin hakimiyyəti altında olmasına inanırlar.

Trampa təsir edənlər sırasında xüsusilə vitse-prezidenti Maykl Pensin də adı keçir.

Qeyd edək ki, Adelson hazırda rəsmi olaraq dünyanın ən varlı yəhudisi hesab edilir. 2014-cü ildə onun sərvəti 38 milyard dollar təşkil edib. Adelson Respublikaçılar Partiyasının daimi olaraq ən böyük donorlarından biridir. O, həmçinin, Buşun İraq siyasətinə və işğalına verdiyi dəstəyi ilə tanınır.

Adelsonun atası əslən Litvadan, anası isə Ukraynadan olan yəhudidir.

Tarix
2017.12.08 / 13:16
Müəllif
İlkin, Orxan
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla