Ana səhifə Planet |
13:57
Peruda 7.3 bal gücündə zəlzələ olub.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi Perunun Puquyo əyalətinin 150 kilometrliyində 7.3 bal gücündə baş verdiyini söyləyib.
Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.
***
ABŞ-ın Sakit okean üzrə Xəbərdarlıq Mərkəzi Peru sahillərində güclü zəlzələdən sonra sunami təhlükəsi elan edib.
Peru sahilləri 0,3 metrdən 1 metrə qədər hündürlükdə sunami təhlükəsi ilə üzləşib.
***
17:30
Zəlzələ nəticəsində bir nəfərin ölüb, 20-yə yaxın insanın xəsarət alıb.
Bu barədə Peru hökuməti məlumat yayıb.
***
Zəlzələdən sonra kömür şaxtasında 17 nəfər itkin düşüb.
Bu barədə RİA məlumat yayıb.
Təbii fəlakət nəticəsində 2 nəfərin öldüyü, 65 nəfərin də xəsarət aldığı bildirilib.
Tarix
2018.01.14 / 18:43
|
Müəllif
Firuzə Vahidqızı
|