Yuxarı

Tramp: Bu, Amerikanın rüsvayçılığıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp: Bu, Amerikanın rüsvayçılığıdır

Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı açılan istintaq Amerikanın rəzalətidir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Federal Təhlükəsizlik Bürosunun prezident seçkiləri ilə bağlı istintaq materiallarının yayılmasına münasibət bildirərkən Tvitter hesabında qeyd edib. O bildirib ki, Federal Tədqiqatlar Bürosunun rəhbərləri təşkilatı siyasiləşdirir:

"Rus cadugər ovu davam edir. Nə gizli razılaşma, nə də istintaqa əngəl var. Bu, Amerikanın rüsvayçılığıdır. Ədliyyə Nazirliyində Rusiya istintaqı çərçivəsində aparılan sorğu Respublikaçılar Partiyasına zərər verir".

Qeyd edək ki, ​ABŞ Prezidenti Donald Tramp öz komandasının Rusiya ilə əlaqələrini araşdıran Federal Təhqiqatlar Bürosu və Ədliyyə Nazirliyinin rəhbərliyinin səlahiyyətlərindən sui-istifadəsi ilə bağlı Respublikaçılar Partiyasının hazırladığı hesabatı ictimaiyyətə təqdim edib. Sənəddə vəzifəsindən sui-istifadə edən ABŞ Federal Tədqiqatlar Bürosunun (FTB) direktor müavini Andryu Makkeyb komissiyaya verdiyi ifadədə Trampın köməkçisi Karter Peyc haqqında elektron təqib başlatdığını etiraf edib.

Tarix
2018.02.03 / 23:15
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla