Yuxarı

Abdulatipovdan Kremlə sərt ittiham: Fikrinizi dəyişin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdulatipovdan Kremlə sərt ittiham:

Əgər hansısa məsələlərlə bağlı konkret ittihamlar varsa, respublikanı gərginlikdə saxlayıb kampaniya aparmaq əvəzinə, bunu aydınlaşdırmaq lazımdır.

Axar.az xəbər verir ki, bunu RBK agentliyinə açıqlamasında Dağıstandakı son həbsləri şərh edərkən Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipov söyləyib.

“Bu, siyasi baxımdan düzgün deyil. Prezident seçkiləri gedir və bu zaman faktiki olaraq bu respublika hakimiyyəti etibarsızlaşdırılır. Bunu etmək lazım deyil. Mənim gedişimə qədər də Dağıstanda kriminalla mübarizə bundan az aktiv olmayıb. Hüquq mühafizə orqanları respublikanı təmizləməkdən ötrü az iş görməyiblər. Mən 26 rayon rəhbərini, iki dəfə də hökuməti dəyişmişəm. Biz bunu kampaniyaya çevirməmişdik. Mən respublikanı reanimasiyadan çıxarıb nisbətən nizama gətirmişdim. Burada ağılla hərəkət etmək lazımdır ki, mənfi nəticələr olmasın. Heç kim heç yerə qaçmır, heç kim gizlənmir. Mahaçqala şəhərinin mühəndisi Maqomedrəsul Gitinovu böyük maskalı şəxslər qrupu ilə həbs etməyə nə ehtiyac var? Dağıstan və dağıstanlılar dəyişib, amma Moskvada dağıstanlılar haqqında fikir dəyişməyib. Təəssüf ki, bütün məsələlər bundan qaynaqlanır” – deyə o bildirib.

Tarix
2018.02.05 / 14:40
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla