Yuxarı

Serj Sərkisyan Avropadan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Serj Sərkisyan Avropadan imtina etdi

Serj Sərkisyan Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində iştirak etməyəcək.

"Axar.az" məlumat verir ki, bu informasiya "Joxovurd" qəzetində yer alıb.

Qəzet Avropa İttifaqının Ermənistanın təqdim edəcəyi sənədlərin heç birinə İrəvanın imza atmaq niyyətində olmadığını yazıb. Vilnüsə gedəcək heyətə gəlincə isə "Joxovurd" S.Sərkisyanın yerinə ölkənin xarici işlər naziri Edvard Nalbandyanın bu cavabdehliyi öz üzərinə götürəcəyini yazıb.

"Aykakan Jamanax" Xarici İşlər Nazirliyinə istinad edərək, ümumiyyətlə, bəzi Avropa dövlətlərinin də Ermənistanı öz tərkibinə qəbul etməmək niyyətinin olduğunu bildirib. Qəzet həmçinin Rusiyanın təzyiqinin son günlər daha da güclənməsi nəticəsində Vilnüsdə Aİ-ilə bağlı məsələyə tamamilə son qoyulacağının hökumətin planında olduğunu yazıb.

Xatırladaq ki, Ermənistanın Gömrük İttifaqına daxil olmaqla bağlı sənədləri parlamentə ratifikasiya olunmaq üçün göndərilib və yanvarda təsdiq ediləcəyi gözlənilir.

Tarix
2013.11.26 / 12:24
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla