Yuxarı

PKK-dan xain plan: 9 türk əsgəri belə öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı 11 şəhid verməsinin detalları məlum olub.

Axar.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, PYD-PKK terrorçuları mülki vətəndaşları qalxan edərək, türk əsgərlərinə pusqu qurub.

Hadisə baş verən gün terrorçulardan təmizlənən bir kəndin yaxınlığındakı 1027 nömrəli təpədə qərar tutan türk əsgərlərinə tərəf 70-80 nəfərlik bir mülki qrup yaxınlaşıb. Əsgərlər havaya xəbərdarlıq atəşi açsalar da, qrup geri qayıtmayıb. Bundan sonra 16 əsgər sözügedən qrupun qarşısını almaq üçün onlara tərəf gedib. Bu an mülki şəxslər əsgərlərə tərəf əl bombaları atıblar, kənarda gizlənən PKK-çılar isə raketlə hücuma keçərək, 9 əsgəri şəhid ediblər. Köməyə gələn helikopterin qəzaya uğraması nəticəsində isə daha 2 türk əsgəri həlak olub.

Qeyd edək ki, türk ordusu ötən gün 11 şəhid verib.

Tarix
2018.02.11 / 18:56
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla