Yuxarı

Türkiyəyə hücum əmri verən “qara qutu” məhv edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriyadakı kəşfiyyat işlərindən məsuliyyətli üzvü olan “Cudi Amed” kod adlı terrorçu fevralın 5-də Hasekedə öldürülüb.

Publika.az xəbər verir ki, ABŞ-ın PKK-ya silah-sursat yardımlarını koordinasiya edən terrorçu təşkilatın “qara qutu”su adlanırdı.

2014-cü ildən başlayaraq, ABŞ-ın Suriyaya göndərdiyi silah-sursatı təhvil alan “Cudi Amed” bölgəyə 2012-ci ildə Qəndildən (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir –red.) göndərilib. PKK-nın Türkiyədə həyata keçirdiyi bir çox terror hücumlarının əmrini verən “Cudi Amed” təşkilatın Suriya qanadı olan PYD-nin “kölgə lideri” kimi tanınırdı.

Məlumata görə, “Cudi Amed” ilk olaraq 1990-cı illərdə Almaniya və Belçika kəşfiyyatı tərəfindən xüsusi hazırlanıb. 2013-2014-cü illərdə isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən təlim alıb. Nəşr qeyd edir ki, terrorçu Suriyanın kəşfiyyat qurumu olan “Əl-Muhaberat” və iranlı səlahiyyətliləri ilə PKK-nın əlaqələrini təmin edirdi.

Onun Hasəkədə amerikalı səlahiyyətlilərlə hərbi düşərgədə görüşdən sonra öldürüldüyü bildirilir. “Cudi Amed” Hasəkənin Əbu Raseyn qəsəbəsindən keçərkən 4 mühafizəçisi ilə birlikdə hücuma məruz qalıb. Ona hücum edənlərin kimliyi barədə məlumat verilməyib.

Tarix
2018.02.12 / 10:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla