Yuxarı

İran raketi ilə Türkiyəni vuran terrorçuların fotoları - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.02.13. 21:42

Afrində Türkiyəyə məxsus pilotsuz uçuş aparatı vasitəsilə çəkilən görüntülərdə bir sıra məqamlar üzə çıxıb.

Axar.az xəbər verir ki, Cinderes ərazisində çəkilmiş görüntülərdə mülki geyimdə olan terrorçulardan birinin qadın, digər ikisinin kişi olduğu müəyyənləşib.

Türkiyə istiqamətində zərbə endirdikdən sonra qaçan terrorçular PUA-nın onları izləməsini məhdudlaşdırmaq üçün şin yandırıblar.

“Sabah” qəzeti isə Türkiyəni vuran terrorçuların yaxından çəkilmiş fotolarını yayıb. Alghad TV-nin müxbiri olduğu bildirilən Naz Seyidin sözügedən terrorçuların fotolarını da yaydığı aydınlaşıb.

Qeyd edək ki, Afrin şəhərində Türkiyəyə məxsus pilotsuz uçuş apartları tərəfindən (PUA) lentə alınan görüntülərdə YPG-çilərin İran istehsalı olan “Safir” hərbi texnikasından istifadə etdiyi məlum olub.

Artilleriya ilə təchiz edilmiş “Safir”lər vasitəsilə terrorçuların Türkiyəni hədəf aldığı, daha sonra isə qaçmağa çalışdığı bildirilmişdi. Türkiyə ordusu isə qaçan terrorçuları məhv etməyib, onlar PUA-larla izlənilib və qərargahlarının yeri dəqiqləşdirilib. Bundan sonra Türkiyə Silahlı Qüvvələrinin dəqiq atəşi ilə terrorçuların qərargahı darmadağın edilib.

Xatırladaq ki, YPG/PKK terrorçularının türkiyəni raket atəşinə tutması nəticəsində “Zeytun budağı” əməliyyatının başladığı gündən indiyə qədər Hatay və Kilisdə 2-si suriyalı olmaqla, 7 milki vətəndaş ölüb, 113 nəfər yaralanıb.

Tarix
2018.02.14 / 10:47
Müəllif
Kamran, Orxan
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla