Yuxarı

Əgər Türkiyə indi seçkiyə girsə, Ərdoğan… - Reytinq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin yarıdan çoxu ölkədə dəyişiklik istəyir.

Axar.az xəbər verir ki, bunu “Diken” portalına müsahibəsində Konsensus Araşdırmalar Mərkəzinin rəhbəri Murad Sarı söyləyib.

“Bir müddət öncə “yaşayış şəraitiz ağırlaşdımı?” sualı ilə sorğu keçirdik. “Bəli” deyənlərin sayı 50%-ə çatdı. Orta vəziyyətdə olduğunu deyənlər 29%, vəziyyətinin yaxşı olduğunu deyənlər isə 21% təşkil etdi. Yəni Türkiyənin yarısı ölkədə dəyişikliklər gözləyir. 2019-cu il seçkisində dəyişiklik gözləyənlərin sayı əhalinin 57%-ni, gözləməyənlər isə 43%-ni təşkil edir.

Afrin əməliyyatlarından sonra Ərdoğanın səs faizləri artmayıb. Artan səs faizi Milliyətçi Hərəkat Partiyasına aiddir. MHP-nin səs faizi 8%-dən 11%-ə qədər qalxıb.

Bu il Türkiyədə növbədənkənar seçki olmayacaq. Əgər müxalifət hökuməti bunu etməyə məcbur etsə, o zaman bütün günah müxalifətdə olacaq. Çünki növbədənkənar seçkidə Rəcəb Tayyib Ərdoğan hər kəsi ilk turda məğlub edəcək. Növbəti prezident seçkisi böyük ehtimalla 2019-cu ilin 15 iyulu olacaq. Fövqəladə vəziyyətlə seçkiyə gedilməyəcək. Fövqəladə vəziyyət məcburən ləğv olunacaq. Əgər fövqəladə vəziyyət ləğv olunmazsa, Ərdoğan da uduzacaq. Ərdoğan isə uduzacaq heç bir şeyi etmir”, – deyə o bildirib.

Sarı, həmçinin, Afrin əməliyyatından Ərdoğanın fayda götürməsi kimi şayiələrə də aydınlıq gətirib:

“Türkiyə hansısa savaşa girsə, bu millət əvvəlcə o savaşın nəticəsini gözləyər, sonradan onu o savaşa aparanı dəyərləndirər. Lakin Afrin əməliyyatlarında vəziyyət başqadır. Hazırda bu hərəkata ölkənin 85%-i dəstək verir. Dəstək verməyən hissənin 10%-ni isə Xalqların Demokratik Partiyasının (HDP) arxasında dayanan kütlə təşkil edir. HDP bu səs faizləriylə bundan sonra da parlamentə girəcək. 2002-ci ildə onlar 2%-lə seçkiyə başladılar, ən yüksək səviyyəyə 23%-lə çatdılar. İndi isə 10% səsə sahibdirlər. Səs faizinin düşməməsinin digər səbəbi HDP lideri Səlahəddin Dəmirdaşın həbsdə olmasıdır. Əslində Ədalət və İnkişaf Partiyası MHP ilə ittifaqa girməklə kürdlərin səsini itirir. Afrin əməliyyatları kimi hadisələrə kürdlər illərdir öyrəşiblər. MHP ilə əlaqə onların HDP-nin səslərini ələ keçirməsinə mane olur. Böyük ehtimalla növbəti seçkidə Türkiyənin cənub-şərqi və şərqində AKP-yə səs daha az veriləcək.

Maraqlı məsələ İYİ Partiya ilə bağlıdır. Partiyanın rəhbəri Maral Akşənər çox bəyənilən şəxsdir. Onu bəyənənlərin sayı əhalinin 16-17%-ni təşkil edir. Lakin İYİ Partiyanın səsləri bu qədər deyil. Onları bir-birindən ayırmaq lazımdır. İYİ Partiyaya MHP-dən bir çox şəxslər keçir, amma bu, MHP-nin səs itirməsinə səbəb olmur. Çünki MHP CHP-dən belə səs ala bilir.

Əslində, Akşənər öz səslərinin böyük qismini cənub-şərqi və şərqi Anadoludan alır. Partiyasının fəaliyyətinə buradan başladı. İYİ Partiya hazırda CHP üçün əsas təhdiddir. CHP gələcəkdə bu partiyanın AKP-dən səsləri alıb, ana müxalifət ola biləcəyindən qorxur. Lakin bu, getdikcə çətinləşir. Hazırda İYİ Partiyanın ən çox səs topladığı şəxslər AKP və MHP ittifaqından narazı olan kürd, ərəb və zazalardır. Digər qrup isə dəyişiklik istəyən gənc seçicilərdir”.

Tarix
2018.02.14 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla