Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Fevral 2019


ABŞ diplomatı meydan oxudu: Türkiyə nəzarətdən çıxır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyaya daxil olduqdan sonra bir vaxtlar xəyal belə edilməyən Türkiyə-ABŞ hərbi qarşıdurması ehtimalı gündəmə gəldi.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Ankaradakı keçmiş səfiri Erik Edelman deyib.

Edelman Türkiyənin nəzarətdən çıxdığını və Vaşinqtonun artıq bunu açıq şəkildə Türkiyəyə deməli olduğunu bildirib.

“Bu artıq narahatlıq yaradan bir həqiqətə çevrilib. Türkiyənin Suriyanın şimalındakı kürd qruplarla vuruşması qeyri-sabitliyə gətirib çıxarır. Əsl təhlükə isə Ərdoğanın da inadla söylədiyi kimi, Menbiçə irəlilənməsi zamanı meydana gələcək. Bunun qarşısını almağın yeganə yolu isə ABŞ siyasətçilərinin daha şəffaf bir dillə Türkiyəyə məsələni izah etməsidir”, - Edelman deyib.

Türkiyənin Menbiçə irəliləyəcəyi halda ABŞ-la münasibətlərin böyük zərbə alacağını bildirən Edelman Vaşinqtonla əlaqələrin korlanmasının əsas səbəblərini açıqlayıb:

“Ərdoğan hakimiyyətində olan Türkiyə İrana qarşı beynəlxalq embarqonu yarmaq üçün ən böyük təşəbbüsləri göstərib. Türkiyə mətbuatı ABŞ-ın Suriyadakı gizli hərbi bazalarını yayımlayıb. Bir amerikalı rahib, bir NASA əməkdaşı və 2 səfirlik işçisi həbs edilib. Bunlar Ərdoğanın de-fakto əsirləri kimi saxlanılır. İndi də Rusiyadan müdafiə sistemi alırlar. Türkiyə Suriyada ABŞ müttəfiqlərinə hücum edir və bunları ABŞ-ın imperiya siyasətinə qarşı müqavimət olaraq qələmə verir”.

Tarix
2018.02.14 / 14:08
Müəllif
Orxan Tağıyev
Şərhlər
Загрузка...
Digər xəbərlər

İrəvandan Tehrana mesaj: ABŞ bizə imkan vermir

Məşhur futbolçunun təyyarə qəzası təşkil edilib - İddia

Ukrayna Donetski dronlarla vurdu: güclü partlayış

Pakistan Hindistandakı səfirini geri çağırdı

Rus ordusu beşinci nəsil qırıcı alır

Tramp yenidən Yaponiyaya gedir – İmperatorla ilk görüş

ABŞ liderliyini itirib, amma əmr verməyə davam edir - Şpiqel

Tramp FTB-yə etibar etmədi: Mən Putinə inanıram

Britaniya hərbi qüvvəsini artırır: Rusiya təhlükəsi

Lukaşenko dövlətin müdafiə planını yenidən hazırlatdırır

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla