Yuxarı

Səudiyyədə inqilabi yenilik: Qadınlar əsgər gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyədə inqilabi yenilik: Qadınlar əsgər gedir

Səudiyyə Ərəbistanında qadınların hərbi xidmətə qəbul edilmələri üçün ikinci dəfə imkan yaradılıb.

Axar.az xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.

Belə ki, ölkənin Təhlükəsizlik İdarəsi qadınların hərbi xidmətlə bağlı müraciətlərini qəbul etmək üçün elektron xidməti istifadəyə verib.

Müraciətlə bağlı tələblərə görə, 25-35 yaş arası olan qadınlar ən azı universitet məzunu olmalı və Ər-Riyad, Məkkə, Mədinə, Əl-Qasım. Asir, Əl-Baha, Əş-Şarkiyə şəhərlərində yaşamalıdırlar.

Digər şərtə görə, hərbçi olacaq qadın əcnəbi vətəndaşla nikahda olmamalıdır.

Qeyd edək ki, Səudiyyə kralı Məhəmməd bin Salman “2030 vizionu” adlı islahatları çərçivəsində ölkədə toplumsal, iqtisadi və mədəni dəyişikliklər etməkdə davam edir.

Tarix
2018.02.26 / 01:15
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla